La Liqanın prezidenti Xavyer Tebas mümkün diskvalifikasiya ilə üzləşə bilər.
Moderator.az xəbər verir ki, buna səbəb “Barselona” klubu ilə bağlı məxfi maliyyə məlumatlarının açıqlanmasıdır. Bu barədə AS xəbər verir.
Nəşrin məlumatına görə, cümə günü, noyabrın 21-də İspaniya İdman İnzibati Tribunalı (TAD) Tebasa qarşı iş açıb. İttiham “2025-ci il aprelin 2-də La Liqanın rəsmi saytındakı bəyanat vasitəsilə klubun büdcə qaydalarına uyğun olaraq “Barselona” tərəfindən verilən məlumatların ictimaiyyətə açıqlanması” ilə bağlıdır. Qaydalara görə, bu cür məlumatlar məxfidir və məlumatların mühafizəsi qanununa aiddir.
“Barselona” Tebası məxfiliyi pozmaqda ittiham edib. Buna cavab olaraq La Liqa rəsmi saytından və digər rəsmi kanallardan məlumatı silib. TAD məmuru günahkar hesab edərsə, o, ictimai töhmətdən tutmuş iki aydan bir ilədək işdən kənarlaşdırılmağa və ya hətta işdən çıxarılmağa kimi cəzalarla üzləşəcək.