“Napoli” ilə qarşılaşma tamamilə başqa olacaq. Böyük bir arena, izdiham bizi gözləyir. Ümid edirəm hər şey yaxşı olar. Qələbə qazanacağımıza inanırıq”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın qanalı futbolçusu Emmanuel Addai Azərbaycn Premyer Liqasının XII turunda səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Addai növbəti həftə UEFA Çempionlar Liqasının V turunda İtaliyada “Napoli” ilə matça yüksək motivasiya ilə yollanacaqlarını qeyd edib: “Bu matça yaxşı motivasiya ilə gedirik. Bugünkü qələbə bizi daha da ruhlandırdı. Bu qələbə “Napoli” oyunu üçün əlavə özünəinam verir”.
24 yaşlı hücumçu qarşılaşmanın 11-ci dəqiqəsində "kimyaçılar"ın üzvü Aleksandr Ramalinqoma qarşı yol verdiyi qayda pozuntusuna və həmin məqamda qırmızı vərəqə almamasına belə aydınlıq gətirib:
“Düşünürəm ki, mənə qırmızı vərəqə göstərilməməsi haqsız deyildi. Ramalinqom mənim önümdə, mən isə müdafiə mövqeyində idim. Ona toxundum, amma tək deyildim. Hakim doğru qərar verdi. Çünki Pedro Bikalyonun özü də ona yaxın idi. Yəni qırmızı olmamalı idi. Bugünkü oyun möhtəşəm idi, çox fantastik keçdi. Hər iki komanda güclü idi və məncə maraqlı oyun alındı.
Komandamın qələbə qazanmasına görə çox xoşbəxtəm, çünki turnir cədvəlində daha rahat mövqedə olmağa və yaxın rəqiblə xal fərqini artırmağa ehtiyacımız var idi”.