11:56
16°C
Bakı
İspaniyanın "Real" klubunun qapıçısı Andrey Lunin İngiltərə Premyer Liqasında çıxış edə bilər.
"Tottenhem" 26 yaşlı qolkiperlə maraqlanır.
London təmsilçisi ukraynalı futbolçunu qış transfer dönəmində heyətinə qatmaq niyyətindədir. London təmsilçisi oyunçu üçün 12-15 milyon avro ödəməyə də hazırdır.
Qeyd edək ki, Andrey Lunin cari mövsüm "Real"da rəsmi oyuna çıxmayıb.