UEFA
İdman
46
10:19, Bu gün

UEFA "Qarabağ"la oyundan əvvəl "Napoli"yə xəbərdarlıq edib

UEFA İtaliyanın "Napoli" klubuna xəbərdarlıq edib.

Moderator.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Neapol təmsilçisinin Niderlandda PSV-yə uduzduqları (2:6) UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda yaşananlar səbəb olub.

"Napoli"nin baş məşqçisi Antonio Konte sözügedən qarşılaşmada əxlaqi davranışın əsas qaydalarını pozmaqda ittiham edilib.

Hazırkı İtaliya çempionu buna görə xəbərdarlıq alıb.

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasındakı növbəti matçını noyabrın 25-də "Qarabağ"a qarşı keçirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər