Misli Premyer Liqası: XII turun növbəti oyunları keçiriləcək
İdman
225
08:34, Bu gün

Misli Premyer Liqası: XII turun növbəti oyunları keçiriləcək

Misli Premyer Liqasında XII turun növbəti oyunları keçiriləcək.
 
Moderator.az xəbər verir ki, turun ikinci oyun gününə "Araz Naxçıvan" - "Turan Tovuz" oyunu ilə start veriləcək.
 
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma saat 15:00-da başlayacaq.
 
Günün digər oyununda isə "Zirə" klubu "Qəbələ" komandası ilə üz-üzə gələcək.
 
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:30-da start götürəcək.

Misli Premyer Liqası

XII tur

22 noyabr

15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Məmmədov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. "Zirə" - "Qəbələ"

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zirə İdman Kompleksinin stadionu

Link kopyalandı!
Son xəbərlər