Bizi sosial şəbəkələrdən izləyin:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanı təmsil edəcək bayraqdarlar müəyyənləşib.
Moderator.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə üçrəngli bayrağımızı yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova daşıyacaq.
Qeyd edək ki, bağlanış mərasimi bu gün keçiriləcək.