VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın bayraqdarları bilindi
İdman
181
13:25, Bu gün

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın bayraqdarları bilindi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanı təmsil edəcək bayraqdarlar müəyyənləşib.
 
Moderator.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə üçrəngli bayrağımızı yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova daşıyacaq.
 
Qeyd edək ki, bağlanış mərasimi bu gün keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər