Futbol üzrə almaniyalı keçmiş dünya çempionu öldü
İdman
143
11:19, Bu gün

Futbol üzrə almaniyalı keçmiş dünya çempionu öldü

Hazırda mövcud olmayan Qərbi Almaniya (Almaniya Federativ Respublikası) millisi ilə 1974-cü ildə futbol üzrə dünya çempionatının qalibi olan Diter Hertsoq 79 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının (DFB) Mətbuat Xidməti məlumat yayıb.

Ölümün səbəbi açıqlanmayıb.

Hertsoq klub karyerasında "Fortuna" və "Bayer Leverkuzen"dəki çıxışları ilə tanınıb. O, 1983-cü ilin yayında 36 yaşında böyük futboldan ayrılıb və "Bayer Leverkuzen"də çalışıb. Məşhur oyunçu yığmanın heyətində 5 oyun keçirib və qol vura bilməyib.

Link kopyalandı!
Son xəbərlər