02:03
14°C
Bakı
Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Moderator.az xəbər verir ki, "Mançester Yunayted" qvineyalı futbolçunu transfer etmək istəyir.
Qirassinin Almaniya klubu ilə müqaviləsində yanvar ayında keçərli olacaq 50 milyon avroluq satınalma bəndi yer alıb. "Qırmızı şeytanlar" 29 yaşlı forvard üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, "Borussiya" Seru Qirassini 2024-cü ilin yayında "Ştutqart"dan 18 milyon avroya transfer edib. Qvineya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.