23:22
15°C
Bakı
Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Moderator.az xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Türkiyəni 45:32 hesabı ilə məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb.
Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan millisi ilə üz-üzə gələcək.