Messi əsrin ən yaxşısı seçildi
İdman
129
10:03, Bu gün

Messi əsrin ən yaxşısı seçildi

ABŞ-nin “İnter Mayami" klubunun futbolçusu Lionel Messi "Sport.es" nəşri tərəfindən İspaniya “Barselona"sının XXI əsrin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
 
Moderator.az xəbər verir ki, nəşrin rəhbəri Coan Vehils mükafatı 38 yaşlı argentinalıya hazırkı klubunun Mayamidəki bazasında təqdim etmək üçün ABŞ-ə səfər edib. Messi sıx qrafikinə görə mükafatlandırma mərasimi üçün Madridə gedə bilməyib.
 
Mükafatlandırmadan sonra Messiyə "Barselona" azarkeşlərinin klubda və şəhərdə keçirdiyi illər üçün ona təşəkkür etdiyi video nümayiş olunub. Ulduz futbolçu bu jestə belə cavab verib:
 
"Biz birlikdə çox şey yaşamışıq, həm yaxşı, həm də o qədər də yaxşı olmayan anlar. Belə uzun karyerada hər şeyin stabil getməməsi və çətin anlar yaşamaq normaldır. Amma bu, mənim evimdir, mənim insanlarımdır. Əlbəttə ki, geri qayıdacağam. Digər azarkeşlər kimi stadiona gedərək komandaya dəstək olacağam”.
 
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayında “Barselona”dan ayrılaraq Fransanın PSJ klubuna keçib.
 
Link kopyalandı!
Son xəbərlər