Azərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub
İdman
266
19 Nov 2025 | 21:20

Azərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Moderator.az xəbər verir ki, idmançı finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, Elnurə Məmmədova (50 kq) bürünc medal qazanıb.

Link kopyalandı!
Son xəbərlər