21:35
17°C
Bakı
"Barselona" bu mövsüm üçün dördüncü forma dəstini nümayiş etdirib.
Moderator.az xəbər verir ki, bu forma 2005-ci ilin bugünkü tarixində "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"i məğlub etdikləri oyuna həsr olunub.
"Dördüncü forma dəsti "19 noyabr 2005-ci ildə "Real Madrid"ə qarşı səfər qələbəsinə həsr olunub", - deyə klubun Mətbuat Xidmətinin açıqlamasında qeyd olunub.
Həmin qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Samuel Eto və Ronaldinyo (2) vurub. Oyunun ən maraqlı anı isə Ronaldinyonun meydanı tərk edən zaman "Real Madrid" azarkeşləri tərəfindən ayaq üstdə alqışlanması olub.
Qeyd edək ki, bu mövsüm La Liqanın 10-cu turunda "Real Madrid" öz meydanında "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.