İdman
143
17:10, Bu gün

"Qarabağ"la oyunda "Napoli"nin beş əsas heyət oyunçusu olmayacaq

"Napoli"nin UEFA Çempionlar Liqasının növbəti turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda daha iki futbolçunun iştirak etməyəcəyi bəlli olub.

Moderator.az İtaliya mediasına istinadən xəbər verir ki, Leonardo Spinazzola, Billi Gilmur zədələrini sağalda bilməyiblər.

Onlar bərpa prosesindədirlər və Çempionlar Liqasındakı "Qarabağ" matçına qədər hazır ola bilməyəcəklər.

Qeyd edək ki, həmçinin qapıçı Aleks Meret, yarımmüdafiəçilər Andre Zambo-Anqissa və Kevin De Bruynenin də zədə səbəbindən matçı buraxacaqları məlumdur.

Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər