İdman
141
16:23, Bu gün

"Barselona" Çempionlar Liqasının "Ayntraxt"la matçını "Kamp Nou"da keçirəcək

"Barselona"nın Mətbuat Xidməti UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı tur matçının Frankfurt "Ayntraxt"ı ilə ispan komandanın ev meydanı olan "Kamp Nou"da keçiriləcəyini açıqlayıb.

Moderator.az-ın məlumatına görə, qarşılaşma dekabrın 9-da planlaşdırılıb.

"Barselona" futbol klubu Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı tur matçının Frankfurtun "Ayntraxt"ı ilə dekabrın 9-da, çərşənbə axşamı "Kamp Nou" stadionunda keçiriləcəyini bildirir. Klub öz stadionunda yarışlara qayıtmaq və yenidən qurulmuş arenanın kompleks transformasiya layihəsinin inkişafını davam etdirmək imkanından məmnundur", - deyə "Barselona"nın Mətbuat Xidmətinin açıqlamasında bildirilib.

Xatırladaq ki, iyun ayının sonunda kataloniyalılar doğma stadiona 2025-ci il avqustun 10-da qayıdacaqlarını rəsmi olaraq elan etmişdilər. "Kamp Nou" 2023-cü ilin yayında təmir üçün bağlanmışdı. Lakin bu mövsümün əvvəlində Kataloniya klubu idman arenasının istismarı üçün lisenziya ala bilmədiyinə görə ev oyunlarını "Olimpik Luis Kompanis" stadionunda keçirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər