DÇ-2026-nın seçmə mərhələsində öz qrupunu ikinci pillədə tamamlayan Türkiyə millisinin pley-off oyunlarındakı potensial rəqibləri bəlli olub.
Moderator.az xəbər verir ki, Türkiyə millisi 1-ci səbətdə yer alacaq və 4-cü səbətdəki dörd komandadan biri - Rumıniya, İsveç, Şimali İrlandiya və ya Şimali Makedoniya ilə yarımfinal oyununa çıxacaq. Qalib gələn yığmalar finala vəsiqə qazanacaqlar.
Pley-off matçlarında seçmə mərhələdən 12, Millətlər Liqasından isə dörd komanda (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya) iştirak edəcək.
Ümumilikdə, 16 komanda dörd səbətə ayrılacaq. Birinci səbətdə yer alan ölkələr dördüncü, ikinci səbətdəki yığmalar isə üçüncü qrupdakı kollektivlərlə qarşılaşacaqlar.
1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka;
2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya;
3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina;
4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya.
Pley-off mərhələsinin bir matçdan ibarət olacaq yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə martın 31-də oynanılacaq. Finalı qazanan komanda dünya çempionatına vəsiqə əldə edəcək.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 20-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq.