2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək 48 komandadan 42-si artıq məlumdur.
Moderator.az xəbər verir ki, ötən gecə İsveçrə, İspaniya, Şotlandiya, Avstriya, Belçika, Panama, Kürasao və Haiti mundialın final mərhələsinə vəsiqə qazanıblar.
Finala vəsiqə qazanan 42 komanda aşağıdakılardır:
ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d'İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya, Belçika, Panama, Kürasao və Haiti.
Qeyd edək ki, turnir 2026-cı il iyunun 11-də başlayacaq və iyulun 19-na qədər davam edəcək.