Millimizin kapıtanı ilk
İdman
336
11:38, Bu gün

Millimizin kapıtanı ilk "üçlük"də

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində rəqib hücumlarını kəsmə göstəricisinə görə ilk üçlükdə yer alıb.
 
Moderator.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 6 oyunda 21 dəfə topa müdaxilə edib.
 
Millimizin kapitanı bu göstəricidə qazaxıstanlı İslam Çesnokov və maltalı Aleksander Satariano ilə eyni nəticəyə malikdir.
 
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Fransa 13 xalla lider olub, Ukrayna 10 xalla ikinci, İslandiya 7 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu yeri tutub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər