İspaniya millisi dünya rekordunu təkrarladı
İdman
139
11:12, Bu gün

İspaniya millisi dünya rekordunu təkrarladı

İspaniya milli komandası rəsmi oyunlardakı əsas vaxtda məğlubiyyətsizlik seriyasını 31 oyuna çatdırıb.
 
Moderator.az "AS" nəşrinə istinadən xəbər verir ki, Luis de la Fuentenin komandası bu nəticə ilə İtaliyanın (2018-dən 2021-ə qədər) dünya rekordunu təkrarlayıb.
 
İspaniya milli komandası son dəfə rəsmi qarşılaşmada 2023-cü ilin mart ayında AVRO-2024 seçmə mərhələsində Şotlandiyaya uduzub. Oyun Şotlandiyanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Bu müddət ərzində İspaniya milli komandası 2023-cü ildə Millətlər Liqasını və 2024-cü ildə isə Avropa çempionatını qazanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər