20:10
15°C
Bakı
Rusiyanın müxtəlif şəhərlərində güləş yarışları keçirilib.
Bu barədə Moderator.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, Yakutskda təşkil edilən sərbəst güləş üzrə turnirdə Ali Tsokayev (86 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Azərbaycan təmsilçisi Cəbrayıl Hacıyev (79) isə üçüncü yeri tutub.
Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub.
Turnirdə təmsilçilərimiz Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medal qazanıblar.