Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan millisi 2025-ci ili qalibiyyətsiz başa vurmaqla növbəti dəfə antirekordunu təkrarlayıb.
Moderator.az xəbər verir ki, bu il 10 oyuna çıxan milli komanda bunun səkkizində məğlub olub, iki dəfə isə bərabərlik əldə edib.
Qeyd edək ki, axırıncı dəfə oxşar hal 2005-ci ildə qeydə alınıb.
Həmin il milli komanda doqquz məğlubiyyət, iki bərabərliklə 11 oyunda qələbə üzünə həsrət qalıb.