21:15
14°C
Bakı
DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya yığması ilə üz-üzə gələcək Türkiyə millisinin heyətində dəyişiklik olub.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Bildirilib ki, Kaan Ayhan, Aral Şimşir, Abdülkerim Bardakçı və Kerem Aktürkoğlu zədə səbəbindən heyətdən çıxarılıblar. Kart cəzası olan İsmail Yüksek isə düşərgədən ayrılıb.
"Qalatasaray" klubunun yarımmüdafiəçisi Ahmed Kutucu isə heyətə daxil edilib.
Qeyd edək ki, sabah keçiriləcək İspaniya - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.