Bizi sosial şəbəkələrdən izləyin:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Moderator.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Eltac Qafarov 1/4 final mərhələsində Qırğızıstan təmsilçisi Abdulazim Abduraximovla qarşılaşıb.
Eltac rəqibini 2:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
İdmançımız yarımfinal görüşündə Qazaxıstan təmsilçisi Bauyrjan Xassenov ilə qarşılaşacaq.