Kamerun və Nigeriya dünya çempionatından kənarda qaldı
İdman
359
14:10, Bu gün

Kamerun və Nigeriya dünya çempionatından kənarda qaldı

Afrikanın iki iddialı yığması 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatından kənarda qalıb.
 
Moderator.az xəbər verir ki, Kamerun və Nigeriya milli komandaları DÇ-2026-nın final mərhələsində iştirak etməyəcəklər.
 
Seçmə mərhələdə öz qruplarını 2-ci sırada tamamlayan kollektivlər pley-offa vəsiqə qazanıblar. Burada isə hər iki komandanın qarşısını Konqo Demokratik Respublikası kəsib.
 
Həmin yığma yarımfinalda Kameruna 1:0, finalda isə Nigeriyaya 2:1 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, Konqo Demokratik Respublikası millisi final mərhələsinə vəsiqə uğrunda qitələrarası seçmə mərhələdə mübarizə aparacaq.
Link kopyalandı!
Son xəbərlər