Azərbaycanlı hücumçu Fransa futbolunun tarixinə düşdü: 90 illik antirekord təzələndi
İdman
214
12:38, Bu gün

Azərbaycanlı hücumçu Fransa futbolunun tarixinə düşdü: 90 illik antirekord təzələndi

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Fransa futbolunun tarixinə düşüb.
 
Moderator.az xəbər verir ki, millimizin forvardı Fransa yığma komandasına bütün tarixi ərzində ən tez qolu vuran oyunçu olub.
 
Fransa millisinin qapıçısı Lukas Şevalye debüt matçında yığmanın tarixinə antirekordla düşüb. Son antirekord 1935-ci ildə Rene Lyense tərəfindən qeydə alınmışdı. Doxsan il öncə fransızlar 4-cü dəqiqədə qapılarında qol görüblər. Azərbaycanlı hücumçuya isə rəqibi məyus etmək üçün 3 dəqiqə 4 saniyə kifayət edib. Bu da 90 il əvvəlki antirekordun təzələnməsi ilə nəticələnib.
 
Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Azərbaycan yığması dünən Bakıda Fransa millisinə 1:3 hesabı ilə uduzub.
 
Link kopyalandı!
Son xəbərlər