Didye Deşam:
İdman
308
16 Nov 2025 | 23:39

Didye Deşam: "Azərbaycan millisi çox aqressiv idi"

"Azərbaycan millisi aqressiv oyun göstərdi".

Moderator.az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Fransa yığma komandaları arasında oyundan sonra mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

O bildirib ki, oyunun birinci hissəsi çətin keçib: "Oyundan razı qaldım. Nəticə istədiyimiz kimi oldu. Biz iki top fərqi ilə qələbə qazandıq. Lakin birinci hissədə Azərbaycan millisi aqressiv oynayırdı. Oyunun startı bizim üçün də təəccüblü oldu. Lakin oyun 90 dəqiqədir və əlimizdən gələni edib qələbə qazandıq. Ortalama götürsək, oyun çox yaxşı keçdi".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Fransanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Link kopyalandı!
Son xəbərlər