01:36
9°C
Bakı
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən bir sıra oyunlar başa çatıb.
Moderator.az xəbər verir ki, K qrupunda mübarizə yekunlaşıb, millimizin yer aldığı D qrupunda da pley-offa vəsiqənin taleyi müəyyənləşib.
K qrupunda İngiltərə liderliyi, Albaniya isə ikinciliyi öncədən təmin etdikləri üçün komandalar arasındakı matç turnir cədvəli baxımından formal xakater daşıyıb. Oyunda qonaq olan "dumanlı Albion" təmsilçiləri meydan sahiblərini 0:2 üstələyiblər.
Qrupun digər qarşılaşmasında Serbiya evdə Latviyanı 2:1 hesabı ilə məğlub edib.
D qrupunda Ukrayna İslandiya üzərində inamlı qələbə qazanıb və pley-offa çıxıb - 2:0.
Xatırladaq ki, bu qrupda DÇ-2026-ya birbaşa vəsiqəni lider Fransa əldə edib.