21:58
11°C
Bakı
DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri bəlli olub.
Moderator.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev
Fransa: Luka Şevalye, Malo Qyusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Manes Akliuş, İbrahima Konate, Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək.