“Barsa”nın Levandovskidən sonrakı planı
İdman
426
15:55, Bu gün

“Barsa”nın Levandovskidən sonrakı planı

“Barselona” gələn ilin yayında müqaviləsi başa çatacaq Robert Levandovskinin yerinə yüksək səviyyəli hücumçu almağı düşünür.

Moderator.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Klub hesab edir ki, maliyyə imkanları ona baha başa gələn sövdələşməni həyata keçirməyə imkan verir. Levandovskinin gedişinin kluba heyət xərcləri üçün 40 milyon avro qənaət deməkdir ki, bu da “Barselona”nın transfer üçün işinə yarayar.

Bundan əlavə, komandanın “Camp Nou”ya qayıtması ilə əlavə gəlir gözlənilir.

Klubun ən yaxşı variantı “Atletiko”nun futbolçusu Julian Alvaresdir. “Barsa” həmçinin “Bayern”dən Harri Keyn, “Qalatasaray”dan Viktor Osimhenlə də maraqlanır. “Mançester Siti”dən Erlinq Haaland variantı isə qeyri-real sayılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər