03:24
15°C
Bakı
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində E qrupunda İspaniya millisi Gürcüstan yığmasının qonağı olub.
Moderator.az xəbər verir ki, Tbilisinin "Boris Payçadze" stadionunda keçirilən görüşdən hazırkı Avropa çempionları 4:0 hesabı ilə qələbə qazanıblar.
Qonaqların heyətində 11 (p) və 63-cü dəqiqələrdə Oyarsabal, 22-ci dəqiqədə Subimendi, 34-cü dəqiqədə Torres vurublar.
Bu görüşdən sonra İspaniya millisi qrupda 15 xal toplayaraq liderliyini davam etdirir.