Serdal Adalıdan Rafa Silvaya sərt mesaj:
İdman
414
18:45, Bu gün

Serdal Adalıdan Rafa Silvaya sərt mesaj: "Beşiktaş"da oyunçular öz şərtlərini diktə edə bilməzlər"

"Beşiktaş" futbol klubunun prezidenti Serdal Adalı və baş məşqçisi Sergen Yalçın portuqaliyalı futbolçu Rafa Silvanın gələcək karyerası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün mətbuat konfransı keçiriblər.

Klub prezidenti 32 yaşlı oyunçunun klubdan getmək üçün yersiz bəhanələr gətirdiyini bəyan edib: "Futbolçu başqa kluba keçmək istədiyini gizlətmir. Ona heç bir borcumuz yoxdur. İlk gündən Silvaya xüsusi qayğı ilə yanaşmışıq. Ona izah edilib ki, əgər o, indi getmək istəsə, klubumuzu razı salacaq məbləğ ödənilməlidir. "Beşiktaş" klubunda oyunçular öz şərtlərini diktə edə bilməzlər. Onunla müqaviləmiz var. Silvanın növbəti oyunda iştirak edib-etməyəcəyini bilmirik".

Baş məşqçi Sergen Yalçın isə bildiribki, hazırda Rafa Silva məsələsini ən uyğun şəkildə həll etməyə çalışırlar. Heç vaxt bir futbolçuya qarşı qərəzli davranmamışam".

Qeyd edək ki, portuqaliyalı oyunçunun sabiq klubu "Benfika"ya keçəcəyi barədə xəbərlər yayılıb. Portuqaliyalı ulduz 2016-2024-cü illərdə "Benfika"nın heyətində çıxış edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər