“Liverpul”un müdafiəçisi: “Qarabağ”la matça fokuslanmırıq”
İdman
441
18:27, Bu gün

“Liverpul”un müdafiəçisi: “Qarabağ”la matça fokuslanmırıq”

“Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq”.

Bu sözləri Fransa millisinin və “Liverpul”un müdafiəçisi İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycanın heyətindəki futbolçuların böyük hissəsinin “Qarabağ”ı təmsil etdiyini, Azərbaycan klubunun isə Çempionlar Liqasında “Liverpul”un rəqibi olduğuna və “Qarabağ”ın uğurlu çıxışının onu təəccübləndirib-təəccübləndirməməsi barədə suala belə cavab verib: “Bəli, Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah hesab faciəvi olsa belə, siz nəticələrə fokuslanmamalısınız. Oyundan zövq almalısınız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu nümayiş etdirəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq. Bəli, Parisdəki görüşdə Azərbaycan millisi bizi müsbət mənada təəccübləndirdi. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah hesab böyük olsa belə, siz nəticələrə fokuslanmamalısınız. Oyundan zövq almalısınız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər