Bizi sosial şəbəkələrdən izləyin:
"Məqsədimiz xal qazanmaqdır".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Fransa yığma komandaları arasında oyundan əvvəl mətbuat konfransında Fransa millisinin müdafiəçisi İbrahima Konate deyib.
O bildirib ki, bura qələbə qazanmaq üçün gəliblər:
"Kapitan olub-olmayacağını bilmirəm. Oyun çətin keçə bilər. Çalışırıq ki, zövq alaq. Məqsədimiz qələbə qazanmaq və statistikanı artırmaqdır".
Qeyd edək ki, görüş noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.