Bizi sosial şəbəkələrdən izləyin:
Çempionlar Liqasının əsas mərhələsində əldə olunan uğurlu nəticələr «Qarabağ» rəhbərliyini ümidləndirib.
Komandanın öz yoluna inamla davam etməsi idarəçiləri səxavət kisəsinin ağzını daha geniş açmağa ürəkləndirib.
Yönətim dördüncü turda «Çelsi» ilə 2:2 oynayan kollektivə ayırdığı mükafat fondunu bir qədər də artırıb. İngiltərə nəhəngindən 1 xal alınmasında pay sahibi olan futbolçuların hər biri 90 min dollar qazanıb.
Sonradan meydana çıxanlar bu məbləğin yarısına sahiblənib. Ehtiyatda qalanlar isə göstərilən rəqəmin 25-30 faizi qədər irəli düşüb.
Cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.
Azərbaycan çempionu ilk 4 turdan sonra 7 xal toplayıb və ümumi turnir cədvəlinin 15-ci pilləsində yer alıb. (sportinfo.az)