Florentino Peres
İdman
293
08:50, Bu gün

Florentino Peres "Real Madrid"ın prezidenti postunu tərk edəcək

İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti Florentino Peresin səlahiyyət müddəti 2028-ci ildə başa çatsa da, o, 2026-cı ildə postunu tərk etmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində insayder Pepe Alvares məlumat yayıb.
 
Mənbənin məlumatına görə, üzvlərin referendumu dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, Peres nizamlı idarəçiliyin ötürülməsini görmək istəyir.
 
Peresin 78 yaşı var, o, ilk dəfə 2000-ci ildə "Real Madrid"in prezidenti olub və bu vəzifədə altı il işləyib. 2009-cu ildə alternativsiz əsasda yeni müddətə seçilib, onun fəaliyyəti dövründə klub 37 kubok qazanıb, o cümlədən Çempionlar Liqasında, İspaniya çempionatında və İspaniya Superkubokunda yeddi dəfə qalib gəlib, altı dəfə UEFA Superkubokunu qazanıb, beş dəfə dünya klublar çempionatında qalib olub, üç dəfə İspaniya Kubokunun və iki dəfə Qitələrarası Kubokun qalibi olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər