İdman
126
14 Nov 2025 | 23:40

"Beşiktaş" "Barselona"nın kapitanına elçi düşdü

"Beşiktaş" rəsmiləri "Barselona" ilə, eləcə də komandanın qapıçısı və kapitanı Mark-Andre ter Ştegenlə əlaqə saxlayaraq, onu Türkiyə klubuna keçməyə razı salmaq istəyirlər.

Moderator.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Məlumata görə, "Beşiktaş" alman qapıçını bu qış cari mövsümün sonuna qədər icarəyə götürməyi düşünür.

Türkiyə komandası ter Ştegenin maaşının bir hissəsini ödəməyə hazırdır.

33 yaşlı futbolçu hələ "Barselona"dakı gələcəyi ilə bağlı qərar verməyib. Ter Ştegen hazırda zədəsini sağaldır. Onun klubla cari müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər