Azərbaycan cüdoçusu Qran-pri turnirində bürünc medal qazanıb
İdman
192
14 Nov 2025 | 22:20

Azərbaycan cüdoçusu Qran-pri turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.

Moderator.az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D. Anceloya ipponla qalib gəlib.

Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər