Bu matçın yeri dəyişdirildi
İdman
154
20:10, Bu gün

Bu matçın yeri dəyişdirildi

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının XII turunun "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişdirib.

Moderator.az xəbər verir ki, sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.

PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilsə də, bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib.

Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" oyunu noyabrın 21-də, saat 14:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər