UEFA-dan
İdman
258
19:40, Bu gün

UEFA-dan "Fənərbağça"ya AĞIR CƏZA - Bilet satışı qadağan olundu

UEFA Türkiyənin "Fənərbağça" klubunu cəzalandırıb.

Moderator.az xəbər verir ki, qurum İstanbul təmsilçisini UEFA Avropa Liqasında Çexiyanın "Viktoriya" klubu ilə oyunda (0:0) baş verənlərə görə cəzalandırıb.

UEFA "Fənərbağça"ya ümumilikdə 78 000 avro cərimə tətbiq etdiyini açıqlayıb. Bu cərimə azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışına görə 15 000 avro, tribunalarda qurğulara dəyən ziyana və məşəllərin yandırılmasına görə 30 000 avro, meydana yad maddə atmasına görə 25 000 avro və komandanın uyğunsuz davranışına görə 8 000 avro formasında tətbiq edilib.

Eyni zamanda, "Fənərbağça" klubu Avropa Liqasında növbəti səfər matçına bilet sata bilməyəcək.

Qeyd edək ki, İstanbul klubu Avropa Liqasında dörd turdan sonra 7 xalla 15-ci sıradadır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər