18:39
16°C
Bakı
MLS ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) 2027-ci ildən çempionatın keçirilmə qaydalarında yeniliklərin tətbiq olunacağını rəsmən təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yeni sistemə əsasən, Avropa formatında olduğu kimi mövsüm iyulda başlayacaq və mayda başa çatacaq. Həmçinin dekabrdan fevrala qədər qış fasiləsi tətbiq olunacaq, pley-off mərhələsi isə may ayında keçiriləcək.
Bu dəyişiklikləri etməkdə əsas məqsəd MLS-də transfer pəncərələrinin Avropa ilə uyğunlaşmasını təmin etməkdir.
Qeyd edək ki, hazırda MLS-də futbol mövsümü fevral-oktyabr aylarını əhatə edir və pley-off oyunları noyabr-dekabr aylarında oynanılır.
