Voleybol millimizin hücumçusu:
İdman
245
14:18, Bu gün

Voleybol millimizin hücumçusu: "Birinci olmaq üçün əlimizdən gələni etdik"

"İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik".
 
Moderator.az xəbər verir ki, bunu millinin hücumçusu Marqarita Stepanenko Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında deyib.
 
O, yarışın gənc voleybolçular üçün təcrübə olduğunu söyləyib:
 
"Gümüş medal qazanmağımız münasibətilə komandamızı təbrik edirəm. Digərləri kimi biz də birinci yeri tutmaq üçün əlimizdən gələni etdik, olmadı, gümüş medal qazandıq. Komandamızda gənc oyunçular da var və bu yarış onlar üçün böyük təcrübə oldu. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik".
 
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv VI İslam Həmrəyliyi Oyunlarında finalda Türkiyə millisinə 0:3 hesabı ilə uduzub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər