“Napoli” - “Qarabağ” oyununa getmək istəyənlərin NƏZƏRİNƏ!
İdman
178
13:45, Bu gün

“Napoli” - “Qarabağ” oyununa getmək istəyənlərin NƏZƏRİNƏ!

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçı üçün biletlər satışa çıxarılır.
 
Klubdan Moderator.az-a verilən məlumata görə, “Dieqo Armando Maradona" stadionunda Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti: 110 AZN.
 
Vauçerləri ilkin olaraq “iTicket.az”dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına “iTicket.az”ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
 
Azarkeşlərimiz üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.
 
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər