DÇ-2026: Azərbaycan İslandiyaya məğlub olub - YENİLƏNİB
İdman
619
22:53, Bu gün

DÇ-2026: Azərbaycan İslandiyaya məğlub olub - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.

Moderator.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublarş

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçında ikinci hissə başlayıb.

Moderator.az xəbər verir ki, görüşdə İslandiya millisi 0:2 hesabı ilə irəlidədir.

Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.

21:47

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.

Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub.

Moderator.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

39-cu dəqiqədə Sverrir İnqason dəqiq zərbə müəllifi olub.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda hesab açılıb.

Moderator.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda Albert Qyudmyundsson fərqlənib.

O, 20-ci dəqiqədə adını tabloya yazdırıb.

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində D qrupunda Azərbaycan - İslandiya matçı start götürüb.

Moderator.az xəbər verir ki, "Palms Sports Arena"da (8-ci km stadionu) keçirilən matçı Monteneqrodan olan hakim Nikola Dabanoviç idarə edir.

Qeyd edək ki, bu turadək İslandiya millisi dörd xalla üçüncü, Azərbaycan millisi isə bir xalla dördüncüdür.

20:05

Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb.

Moderator.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov (k), Abdulla Xaybullayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə

İslandiya: Elias Olaffson, Mikael Ellerston, Daniel Qrettarson, Sverrir İnqason, Viktor Palsson, Hakon Arnar Haraldsson (k), İsak Youhannesson, Yohan Qudmundsson, Kristian Hlinsson, Andri Qudyonsen, Albert Qyudmyundsson

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün, 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər