Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
Moderator.az xəbər verir ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqibləri Siblel Altınkaya və İbrahim Gündüz tandeminə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülüb.