VI İslam Həmrəyliyi Oyunları: Stolüstü tennisçilərimiz bürünc medal qazandılar
İdman
277
15:03, Bu gün

VI İslam Həmrəyliyi Oyunları: Stolüstü tennisçilərimiz bürünc medal qazandılar

Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
 
Moderator.az xəbər verir ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqibləri Siblel Altınkaya və İbrahim Gündüz tandeminə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
 
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülüb.
Link kopyalandı!
Son xəbərlər