VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər
İdman
231
10:18, Bu gün

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
 
Moderator.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər.
 
Ölkə təmsilçiləri stolüstü tennis, voleybol və muaytayda mübarizə aparacaqlar.
 
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 34 mükafatla (beş qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında yeddinci pillədə qərarlaşıb.
Link kopyalandı!
Son xəbərlər