Azərbaycan karateçisi:
İdman
235
12 Nov 2025 | 23:20

Azərbaycan karateçisi: "Üçüncü dəfə İslamiadanın qalibi olduğum üçün çox sevincliyəm"

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan karateçi İrina Zaretska (68 kq) İslamiadanı üçüncü dəfə qalib kimi başa vurduğu üçün sevinc və qürur hissləri keçirir.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə İrina Zaretska jurnalistlərə açıqlamasında özü danışıb.

O, final görüşünün çətin keçdiyini vurğulayıb.

Qeyd edək ki, İrina Zaretska həlledici görüşdə Türkiyə təmsilçisi Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.

O, üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. Karateçi 2017-ci ildə Bakıda, 2021-ci ildə isə Konyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Link kopyalandı!
Son xəbərlər