AFFA Əliyar Ağayevin səhv qərar qəbul etdiyini təsdiqlədi
İdman
253
12 Nov 2025 | 22:20

AFFA Əliyar Ağayevin səhv qərar qəbul etdiyini təsdiqlədi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Moderator.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, "Şamaxı" - "İmişli" (1:0), "Sumqayıt" - "Qəbələ" (2:0), "Araz-Naxçıvan" - "Karvan-Yevlax" (2:1), "Sabah" - "Kəpəz" (3:1), "Zirə" - "Turan Tovuz" (0:0) və "Qarabağ" - "Neftçi" (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin "Zirə" - "Turan Tovuz" matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin "sarı" ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirib.

Link kopyalandı!
Son xəbərlər