Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verir
İdman
254
13:30, Bu gün

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Sentenari" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.

12 noyabr

Saat 17:30, Çexiya (U-19) - Azərbaycan (U-19)

"Sentenari" stadionu, Ta Qali.

Baş hakim: Oliver Reitala (Finlandiya).

Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta).

Dördüncü hakim: Ezekiel Barbara (Malta).

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər