Azərbaycandan yalnız o seçildi
İdman
414
12:29, Bu gün

Azərbaycandan yalnız o seçildi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-2027-ci illərdə dünya üzrə ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, FIDE-nin açıqladığı ən yüksək kateqoriyalı hakimlər siyahısında dünyadan 24 ədalət təmsilçisi yer alıb.
 
Bu hakimlərdən 13-ü Avropa ölkələrini təmsil edir. Ən yüksək kateqoriyalı hakimlərin sıralamasında Azərbaycan da var. Ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısında ölkəmizdən İlahə Qədimovanın adı qeyd olunub.
 
Tanınmış şahmatçı İ. Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdır. Azərbaycan Şahmat Federasiyasının baş katibi olan İlahə Qədimova cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib.
 
Qeyd edək ki, dünya şahmatının ən tanınmış hakimlərindən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur. 60 ildən çox yarışlarda ədalət təmsilçisi olan F.Həsənovun adı bu göstəriciylə ən uzun müddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər